Qərb ölkələri Cənubi Qafqaz regionuna sülhməramlı niyyətlə daxil olmağa çalışmırlar.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Baku TV-nin sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Qərb regiona təsir göstərərək öz iqtisadi mənfəətini qazanmağa və sabitliyi pozmağa çalışır:
“Bu cür tendensiyalar, şübhəsiz ki, regionda qüvvələr balansını pozur və müvafiq razılaşmalar əsasında qurulmalı olan sülh nizamlanmasına xələl gətirir”.
Telegram kanalımız