AZ

Polşa xaricdə olan hərbi yaşdakı kişilərin Ukraynaya göndərilməsinə kömək edəcək

Polşa Ukraynaya müharibə başlayandan sonra ölkəni tərk etmiş hərbi yaşda olan kişilərin geri qaytarılmasına kömək etməyə hazır olduğunu bildirib.

 

Modern.az "Meduza"ya istinadən xəbər verir ki, ölkənin müdafiə naziri Vladislav Kosiniyak-Kamış Polşanın hərbi yaşda olan kişilərin Ukraynaya qaytarılmasına konkret olaraq necə kömək edəcəyini açıqlamayıb.

 

Nazir sadəcə “hər hansı bir yardımın mümkün olduğunu” deyib: “Düşünürəm ki, bir çox polyak gənc ukraynalıları otellərdə və kafelərdə görəndə və bizim Ukraynaya kömək etmək üçün nə qədər iş gördüyümüzü eşidəndə qəzəblənirlər”.

 

Ukrayna səfərbərlik haqqında yeni qanun qəbul edib, may ayında qüvvəyə minəcək. Ehtimal olunur ki, yeni qaydalara görə, Ukrayna Silahlı Qüvvələri 500 min nəfərə qədər artırıla bilər, lakin səfərbərliyə cəlb olunanların dəqiq sayı qanunda göstərilməyib.

 

Səfərbərlik haqqında yeni qanunun qəbulundan dərhal sonra hərbi yaşda olan Ukrayna vətəndaşlarına ölkədən kənarda yerləşən konsulluq idarələrində pasport almağa qadağa qoyulub - onlar sənədlər üçün Ukraynaya qayıtmalı olacaqlar.

Seçilən
71
11
Mənbələr
Şərh ()
Bağla