AZ

Qocalıq anlayışı dəyişdi - ARAŞDIRMA

Ömür uzandığından 65 yaşdan yuxarı insanlar qoca olduqlarını qəbul etmir və qocalığın 74-dən başladığını iddia edirlər.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Berlin Universitetinin akademikləri, Stenford Universiteti, Lüksemburq Universiteti və Almaniyanın Qreyfsvald Universiteti ilə birlikdə 1996-2021-ci illər arasında 14 056 alman vətəndaşının yaşlanma ilə bağlı fikirlərini araşdırıblar. İştirakçılardan "Neçə yaşında bir insanı yaşlı adlandırardınız?" deyə soruşulub. 25 illik araşdırma zamanı iştirakçıların qocalıq haqqında anlayışlarının əhəmiyyətli dərəcədə dəyişdiyi görünüb. 2021-ci ildə verilən cavablara görə, 65 yaş qrupun iştirakçıları özlərini yaşlı kimi təsnif etməkdən imtina edib və qocalığın 74 yaşından başladığını müdafiə ediblər. 25 yaş qrupunun iştirakçıları isə bununla razılaşmırlar. Onların fikrincə, qocalıq 66 yaşından başlayır. Araşdırmanın əvvəlində 65 yaşlı qrupu qocalığın 71 yaşında başladığını düşünürdü. Ancaq 2021-ci ildə bu yaş 74-ə yüksəlib. Bunda ömrün uzadılması, sağlamlığın yaxşılaşması və daha sonra yaşlanma gözləntilərinin daha gec ortaya çıxmasının təsirli olduğu düşünülür. Əfsanə Rəcəb

Manşet.az

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla