AZ

Premyer Liqada yeni antirekord

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Şeffild Yunayted” İngiltərə Premyer Liqasının XXIX turundan təxirə salınmış oyunda “Mançester Yunayted”ə 2:4 hesabı ilə məğlub olub. Beləliklə, bu komanda çempionatda bu mövsüm 34 oyunda 92 qol buraxıb. Bu, Premyer Liqa tarixinin antirekordudur.

Bundan əvvəlki antirekord “Derbi Kaunti”yə aid idi. Bu komanda 2007/2008 mövsümündə 38 oyunda 89 qol buraxmışdı. Mövsümün hələ bitmədiyini nəzərə alsaq, şeffildlilərin antirekordu daha da böyüyəcək.

“Şeffild Yunayted” 34 oyundan sonra 16 xalla turnir cədvəlində sonuncu – 20-ci sıradadır.

Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla