AZ

​“Qarabağ”ın transfer etmək istədiyi Emre Mor qərarını verdi

“Fatih Karagümrük”də icarə əsasında çıxış edən "Fənərbaxça"nın futbolçusu Emre Morla bağlı diqqətçəkən xəbər dərc edilib. Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki,"Fənərbaxça" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Emre Mor gələcəyi ilə bağlı sürpriz qərar verib. Məlumata görə, futbolçu "Fənərbaxça"dan ayrılmağa qərar verib. Emre Morun Almaniyada forma geyinmək istədiyi irəli sürülüb. Qeyd edək ki, Azərbaycan mediasında da “Qarabağ”ın Emre Moru icarə əsasında heyətinə qatmaq istədiyi irəli sürülüb. Futbolçunun transfer dəyəri 2,3 milyon avro olaraq göstərilir.

Müqavilə ilə “Fənərbağça”ya məxsus olan vinger “Karagümrük” forması ilə 38 matça çıxıb. O, 7 qol və 5 assistlə yadda qalıb.

Seçilən
45
3
Mənbələr
Şərh ()
Bağla