AZ

“Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi

"Fatih Karagümrük"də icarə əsasında çıxış edən "Fənərbağça"nın futbolçusu Emre Morla bağlı diqqətçəkən xəbər dərc edilib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, "Fənərbağça" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Emre Mor gələcəyi ilə bağlı sürpriz qərar verib. Məlumata görə, futbolçu "Fənərbağça"dan ayrılmağa qərar verib. Emre Morun Almaniyada forma geyinmək istədiyi irəli sürülüb. Qeyd edək ki, Azərbaycan mediasında da "Qarabağ"ın Emre Moru icarə əsasında heyətinə qatmaq istədiyi irəli sürülüb. Futbolçunun transfer dəyəri 2,3 milyon avro olaraq göstərilir.

Müqavilə ilə "Fənərbağça"ya məxsus olan vinger "Karagümrük" forması ilə 38 matça çıxıb. O, 7 qol və 5 assistlə yadda qalıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
42
Mənbələr
Şərh ()
Bağla