AZ

Qəzzada ürəkdağlayan görüntülər - VİDEO

Qəzzada görüntülənən azyaşlının videosu gündəm olub.    Manset.az  yenisabah.az-a istinadən xəbər verir ki, Qəzzada su qıtlığı yaşanmaqdadır. Xeyriyyə təşkilatları səyyar çənlər vasitəsilə təmiz su paylayıb. Paylanan təmiz suyu almaq üçün saatlarla növbə olub. Böyüklər qədər kiçiklər də ailələrini təmiz su ilə təmin etmək üçün mübarizə aparırlar. Damcılayan suyu qapağına doldurmağa çalışan uşağın videosu sosial şəbəkələrdə yayımlanıb və marağa səbəb olub.  Qeyd edək ki. İsrailin 7 oktyabr 2023-cü il tarixində başlayan hücumlarından bu yana 34 min insanın həyatını itirdiyi Qəzzaya bir çox ölkədən humanitar yardımlar göndərir. 

Seçilən
63
3
Mənbələr
Şərh ()
Bağla