AZ

Beynəlxalq müsabiqələr laureatlarının "Kamera musiqisi axşamı" adlı konserti keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 23-də beynəlxalq müsabiqələr laureatları, pianoçuZüleyxa Usubova və bəstəkar, skripka ifaçısı Üzeyir MəmmədovunKamera və orqan musiqi zalında "Kamera musiqisi axşamı" adlıkonserti keçirilib.

Trend xəbər verir ki, konsertdə Azərbaycan və xaricibəstəkarların əsərləri ifa edilib.

Frans Şubertin "Sonata №1 D maj. D 384", Qara Qarayevin violinvə fortepiano üçün "Sonata (d moll)" Lüdviq van Bethovenin "ViolinSonata No.5 in F major Op.24 'Spring'" əsərlərləri tamaşaçılartərəfindən böyük maraqla qarşılanıb.

Pianoçu Züleyxa Usubova respublika və beynəlxalq müsabiqələrlaureatıdır. Dəfələrlə simfonik və kamera orkestrləri ilə çıxışedib. Z.Usubova IX və X Beynəlxalq Qəbələ Musiqi Festivalının, IBeynəlxalq Pianoçular Festivalının iştirakçısı olub.

Üzeyir Məmmədov Bakı Musiqi Akademiyasının Bəstəkarlıqixtisasını bitirsə də, həyatını skripkasız təsəvvür etmir. Bir çoxbeynəlxalq müsabəqənin laureatı olan Ü.Məmmədov 2021-ci ildəkeçirilmiş “Vətən Müharibəsindəki Şanlı Qələbəmizə həsr olunmuşBəstəkarlıq Müsabiqəsi”ndə böyük simfonik orkestr üçün yazılmış"Qəhramanlıq Dastanı” adlı əsəri ilə iştirak edib və fəxri fərmanlatəltif olunub. 2023-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqınıntəqdimatı ilə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci”mükafatına layiq görülüb.

Anşlaqla keçən konsertin yenidən təşkil edilməsi üçün ifaçılaraçoxsaylı müraciətlər olduğundan mayın 17-də həmin məkanda növbətikonsertin keçirilməsi qərarlaşdırılıb. Konsertdə Üzeyir Məmmədovunbəstələdiyi əsərlər səsləndiriləcək.

Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Seçilən
62
3
Mənbələr
Şərh ()
Bağla