AZ

Beynəlxalq müsabiqələr laureatlarının "Kamera musiqisi axşamı" adlı konserti keçirilib - FOTO

Aprelin 23-də beynəlxalq müsabiqələr laureatları, pianoçu Züleyxa Usubova və bəstəkar, skripka ifaçısı Üzeyir Məmmədovun Kamera və orqan musiqi zalında "Kamera musiqisi axşamı" adlı konserti keçirilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri ifa edilib.

Frans Şubertin "Sonata №1 D maj. D 384", Qara Qarayevin violin və fortepiano üçün "Sonata (d moll)" Lüdviq van Bethovenin "Violin Sonata No.5 in F major Op.24 'Spring'" əsərlərləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Pianoçu Züleyxa Usubova respublika və beynəlxalq müsabiqələr laureatıdır. Dəfələrlə simfonik və kamera orkestrləri ilə çıxış edib. Z.Usubova IX və X Beynəlxalq Qəbələ Musiqi Festivalının, I Beynəlxalq Pianoçular Festivalının iştirakçısı olub.

Üzeyir Məmmədov Bakı Musiqi Akademiyasının Bəstəkarlıq ixtisasını bitirsə də, həyatını skripkasız təsəvvür etmir. Bir çox beynəlxalq müsabəqənin laureatı olan Ü.Məmmədov 2021-ci ildə keçirilmiş "Vətən Müharibəsindəki Şanlı Qələbəmizə həsr olunmuş Bəstəkarlıq Müsabiqəsi"ndə böyük simfonik orkestr üçün yazılmış "Qəhramanlıq Dastanı" adlı əsəri ilə iştirak edib və fəxri fərmanla təltif olunub. 2023-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının təqdimatı ilə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin gənci" mükafatına layiq görülüb.

Anşlaqla keçən konsertin yenidən təşkil edilməsi üçün ifaçılara çoxsaylı müraciətlər olduğundan mayın 17-də həmin məkanda növbəti konsertin keçirilməsi qərarlaşdırılıb. Konsertdə Üzeyir Məmmədovun bəstələdiyi əsərlər səsləndiriləcək.

  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
  • Beynəlxalq
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
3
day.az

3Mənbələr

Şərh ()
Bağla