AZ

Şəkidə və Masazırda ikimərtəbəli ev yandı

Bakı. Trend:

Şəkidə ikimərtəbəli ev yanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.

Bildirilib ki, Şəki şəhərində ümumi sahəsi 182 m² (hər mərtəbəsi91 m²) olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanarkonstruksiyaları, bitişik sahəsi 30 m² olan mətbəxin yanarkonstruksiyaları, sahəsi 6 m² olan köməkçi tikilinin yanarkonstruksiyaları və içərisində olan əşyalar yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğındanmühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi130 m² olan ikimərtəbəli 4 otaq və qarajdan ibarət evin 1-cimərtəbəsinin yanar konstruksiyaları və içərisində olan əşyalaryanıb. Yüksək temperaturdan 2-ci mərtəbəsinin 1 otağında 1 ədədtelevizor və 1 ədəd kondisioner qismən əriyib. Evin qalan hissəsiyanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələritərəfindən söndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
6
az.trend.az

10Mənbələr

Şərh ()
Bağla