AZ

Lukaşenko: Ukraynanın bütün prezidentləri ölkəni qarət edib və parçalayıblar

Belarus Prezidenti xatırladıb ki, Ukrayna xalqı həmişə əvvəlkilər kimi yeni prezidentlərə də nifrət edir.
Elchi.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, ölkədə baş verənlərə görə məsuliyyət daşıyan yeganə şəxs Ukrayna rəhbəri Vladimir Zelenski deyil. Bu barədə Belarus lideri ÜmumBelarus Xalq Assambleyasında çıxışı zamanı bildirib.
“Ukraynanın ilk prezidentindən tutmuş sonuncuya qədər hamı bölüb, qarət edib və oğurlayıb”, – Lukaşenko qeyd edib.
Onun fikrincə, Ukraynada baş verənlərə görə təkcə Ukraynanın hazırkı prezidenti Vladimir Zelenski cavabdeh deyil, bütün bunlar onun gəlişindən əvvəl yaradılıb. O xatırladıb ki, Ukrayna xalqı həmişə yeni prezidentlərə əvvəlkilər qədər nifrət edir.Şayəstə Hüseynova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
39
elchi.az

10Mənbələr