AZ

Blinkenin Çin səfərindən GÖZLƏNTİLƏR: XİN başçısı ilə nələr müzakirə ediləcək?

ABŞ dövlət katibi Antoni Blinken rəsmi səfər çərçivəsində Çinin şərqindəki Şanxaya gəlib.

 

Sfera.az bildirir ki, o, sabah paytaxt Pekində Çinin xarici işlər naziri Vanq Yi ilə görüşəcək.

 

Blinkenin üç günlük səfəri zamanı yüksək vəzifəli şəxslərlə görüşlərində əsas gündəm mövzusu Çinin Rusiyaya dəstəyi olacaq. Onun həmçinin ikitərəfli, regional və qlobal məsələlər, o cümlədən Yaxın Şərq böhranı, Ukrayna müharibəsi və Cənubi Çin dənizindəki problemlərə dair danışıqlar aparacağı gözlənilir.

 

Xatırladaq ki, ABŞ dövlət katibi ilk dəfə 2023-cü ilin iyununda Çinə səfər edib.

 

Günay

Seçilən
60
14
Mənbələr
Şərh ()
Bağla