AZ

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Çin

Çendu, 26 aprel, AZƏRTAC

Çində səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken Çinin xarici işlər naziri Van İ ilə görüşüb.

AZƏRTAC Çinin rəsmi mediasına istinadla xəbər verir ki, görüşdə nazir Van İ ABŞ-dən Çinin suverenlik, təhlükəsizlik və inkişaf maraqları ilə bağlı “qırmızı xətt”i keçməməyi tələb edib. Pekinin tərəflərin bir-birinin əsas maraqlarına qarşılıqlı hörmət prinsipinə tərəfdar olduğunu bildirən Van İ Çinin daxili işlərinə qarışmamağı, ölkənin inkişafına mane olmamağı məsləhət görüb. O, ölkəsinin Çin-ABŞ münasibətlərinə bəşəriyyət üçün ortaq gələcəyi olan cəmiyyət qurmaq prizmasından yanaşdığını deyib.

“Çinin mövqeyi həmişə ardıcıl olub”, - söyləyən Çin rəsmisi əlavə edib ki, ölkəsi qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir və Çin-ABŞ münasibətlərinin sabit, sağlam və davamlı inkişafını təşviq etməyə çalışır.

Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken aprelin 24-dən Çində səfərdədir. ABŞ-ın baş diplomatı səfərinə Şanxay şəhərindən başlayıb. Bu, onun son bir ildə Çinə 2-ci səfəridir. Dövlət katibi rəsmi görüşlərdən əvvəl bildirib ki, Vaşinqton və Pekin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır. O, Vaşinqton və Pekinin dünya qarşısında iki ölkə arasındakı münasibətlərə görə məsuliyyəti öz üzərimizə götürmək öhdəliyi olduğunu deyib.

Ekspertlər hesab edirlər ki, Antoni Blinkenin cari səfəri olduqca gərgin dövrə təsadüf edir. ABŞ bu günlərdə Tayvana bir neçə milyard dollarlıq yardım barədə qərar qəbul edib. Bundan başqa, Prezident Cozef Bayden Çinə məxsus “Tik-Tok” sosial şəbəkəsini ABŞ-də qadağan etməyə imkan verən qanun layihəsini imzalayıb. Belə bir vəziyyətdə Blinkenin Çin rəsmiləri ilə görüşlərində əldə olunacaq nəticələr beynəlxalq təhlilçiləri dərindən maraqlandırır. Güman olunur ki, tərəflər Rusiya-Ukrayna münasibətləri, Yaxın Şərqdə və Koreya yarımadasında vəziyyət, Cənubi Çin dənizi, o cümlədən Tayvan məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Çendu

Seçilən
111
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
207
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
196
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
195
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
184
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
163
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
163
Azərbaycanda bu məhsul bahalaşdı
158
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
131
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
126
Helikopter qəzası ilə bağlı yeni xəbər
116
Həlak olan şəxslər sabah dəfn olunacaq
115
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
114
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
112
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
110
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
99
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
96
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
90
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
89
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
85
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
83