AZ

Bu ölkənin tanınmış klubu Zubiri"Qarabağ"dan transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən “Tuluza” “Qarabağ”ın legioneri Abdullah Zubiri transfer etmək istəyir.

Sportinfo.az “lequotidiendusport.fr” saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəlb edən Mərakeş əsilli fransalı yarımmüdafiəçinin Ağdam təmsilçisindən ayrılacağı gözlənilir.

Daha əvvəl Fransa çempionatında “Lans” və “Qrenobl”ın formasını geyinmiş 32 yaşlı futbolçunun “Tuluza”ya keçəcəyi istisna olunmur.

Şotlandiya və Rumıniya klublarının da maraq dairəsində olan A.Zubirin "Qarabağ"la müqaviləsinin müddəti yayda başa çatır.

Seçilən
41
11
Mənbələr
Şərh ()
Bağla