AZ

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən \"Tuluza” kollektivi Azərbaycan çempionu \"Qarabağ”ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir.

Cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəlb edən Mərakeş əsilli fransalı yarımmüdafiəçinin Ağdam təmsilçisindən ayrılacağı gözlənilir.

Daha əvvəl Fransa çempionatında \"Lans” və \"Qrenobl” klublarının formasını geyinmiş 32 yaşlı futbolçunun \"Tuluza”ya keçəcəyi istisna olunmur.

Qeyd edək ki, Şotlandiya və Rumıniya klublarının da maraq dairəsində olan A.Zubirin \"Qarabağ\"la müqaviləsinin müddəti yayda başa çatır.
 
///Report

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
50
Mənbələr
Şərh ()
Bağla