AZ

Bələdiyyə sevgilisi ilə oturduğu skamyanı evinə aparan gəncə müraciət etdi: Sevgiyə hörmətimiz sonsuzdur, amma...

Türkiyə Əskişəhərdə bələdiyyə keçmiş sevgilisi ilə parkda birlikdə oturduğu skamyanı yerindən sökərək evinə aparan gəncə müraciət edib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, X sosial media platformasında keçmiş sevgilisinə "Bir yerdə oturduq deyə skamyanı oğurladım. Mən sevmədim?” deyən gəncin paylaşımı rəngarəng dialoqların yaşanmasına səbəb olub. Təpəbaşı Bələdiyyəsi gəncin postunu öz rəsmi hesabından sitat gətirərək paylaşıb və onun sevgisinə hörmətlə yanaşdığını bildirib. Bələdiyyənin paylaşımında, “Sevgiyə və sevgi acısına sonsuz hörmətimiz olsa da, lütfən, skamyanı götürdüyünüz yerə geri qaytarın” ifadələri yer alıb. Əfsanə Rəcəb

Manşet.az

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla