AZ

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Bakı, 24 aprel, AZƏRTAC

“Azərbaycan British College” Təhsil Kompleksinin IX-XI siniflərinin bir qrup şagirdi Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev BDU-nun tarixi, tədris və elmi fəaliyyəti, eləcə də fakültənin tanınmış məzunları, elmi nailiyyətləri barədə məlumat verib.

Şagirdlər fakültənin tədris laboratoriyalarındakı cihazlar, onların iş prinsipi, aparılan tədqiqatlarla tanış olublar. Onların bəzi laboratoriya təcrübələri aparmasına şərait yaradılıb. Sonra şagirdlər universitetin Qafqazda ilk və yeganə olan “Genetika və təkamül” muzeyində eksponatlarla tanış olublar.

Sonda BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında əməkdaşlığın qurulması barədə razılıq əldə olunub.

Seçilən
35
2
Mənbələr
Şərh ()
Bağla