AZ

“Azərbaycan British College” Təhsil Kompleksinin şagirdləri BDU-nun Fizika fakültəsində olub - FOTO

“Azərbaycan British College” Təhsil Kompleksinin IX-XI siniflərinin bir qrup şagirdi Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində olub.
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
BDU-nun Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev BDU-nun tarixi, tədris və elmi fəaliyyəti, eləcə də fakültənin tanınmış məzunları, elmi nailiyyətləri barədə məlumat verib.
 
Şagirdlər fakültənin tədris laboratoriyalarındakı cihazlar, onların iş prinsipi, aparılan tədqiqatlarla tanış olublar. Şagirdlər tərəfindən bəzi laboratoriya təcrübələrinin aparılmasına şərait yaradılıb. Daha sonra onlar Universitetin Qafqazda ilk və yeganə olan “Genetika və təkamül” muzeyinə baş çəkib, buradakı eksponatlarla tanış olublar.
 
Sonda BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında əməkdaşlığın qurulması barədə razılıq əldə olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
2
moderator.az

3Mənbələr

Şərh ()
Bağla