AZ

“Real” müdafiəni “Milan”lı ilə gücləndirmək istəyir

”Real” yayda müdafiənin mərkəzini gücləndirməyi düşünür.

İdmanxeber.az məlumat verir ki, “kral klubu” “Milan”da çıxış edən Malik Tiavı transfer etmək istəyir.

Tiav 2022-ci ilin yayından “Milan”ın oyunçusudur. O, bu mövsüm bütün turnirlərdə 26 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə 22 yaşlı müdafiəçinin dəyəri 30 milyon avrodur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
idmanxeber.az

1Mənbələr