Saharadan gələn toz Ukrayna ərazisinə çatıb, buna görə də bəzi ərazilərdə buludlar sarımtıl rəngdə, yağış damcıları isə “çirkli” ola bilər.“İki sahil” xəbər verir ki, bu barədə "RBK-Ukraina" Ukrayna Hidrometeorologiya Mərkəzinin Facebook səhifəsinə istinadən məlumat yayıb.Peykdən çəkilmiş görüntüyə görə, toz Ukraynanın cənub və mərkəzi rayonları üzərində müşahidə oluna bilər və şimala doğru yayılması ehtimal edilir.