AZ

Faiq Ağayevə SƏRT QADAĞA - Tədbirlərdə yarımsaat çıxış edəcək - SƏBƏB

Faiq Ağayevə SƏRT QADAĞA - Tədbirlərdə yarımsaat çıxış edəcək - SƏBƏB

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib.

Bu barədə BAKU.WS-ə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib.

O, bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib.

Cabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə səsin qorunması üçün konsert bitən müddətə kimi Xalq artisti toy məclislərində yalnız yarımsaatlıq çıxışlarla iştirak edəcək.

Qeyd edək ki, Faiq Ağayev özəl məclislərdə və toylarda yarımsaatlıq çıxış üçün yeni, xüsusi şou hazırlayıb.

Xalq artisti 12 nəfərlik heyyətlə - rəqs qrupları və musiqiçilərlə birlikdə məclisi əsl konsert səhnəsinə çevirir.

Seçilən
97
2
Mənbələr
Şərh ()
Bağla