AZ

"Apple" şirkəti smartfonların işinin ləngiməsinə görə məhkəməyə verildi

Niderlandda iki istehlakçı hüquqlarının müdafiəsi təşkilatı, smartfonların istehsalını qəsdən yavaşlatdığına görə ABŞ-nin "Apple" korporasiyasına qarşı məhkəmə iddiası qaldırıb.

Redaktor.az xəbər verir ki, bu barədə NOS yayım korporasiyası məlumat yayıb.

Bildirilib ki, "Consumer Claim" və "AEquitas Advocacy Foundation" təşkilatları Apple-dan müştərilərə “iPhone" 6, 7 və SE-nin qəsdən yavaşlaması nəticəsində dəyən ziyanı kompensasiya etməsini istəyir. Cihazlar 2016-2018-ci illər arasında buraxılıb. Onların bütün müştəriləri təşkilatların internet saytında yerləşdirilən formanı dolduraraq kompensasiya tələb edə bilərlər.

"Consumer Claim"ə görə, "Apple" telefonların performansını azaldan və batareya problemlərinə səbəb olan bir proqram yeniləməsi buraxıb. Nəticədə cihazlar daha yavaş işləməyə başlayıb və ya düzgün işləməyi dayandırıb. Və "Apple" bu barədə istifadəçilərinə məlumat verməyib. Buna görə bir çox alıcılar batareyaları və ya hətta smartfonları vaxtından əvvəl dəyişdirmək məcburiyyətində qalıblar.

İstehlakçı müdafiəçiləri hər cihaz üçün 100 avro təzminat tələb edirlər. Smartfonları əvəz edən istifadəçilər üçün məbləğ daha yüksək ola bilər.

Qeyd edək ki, "Apple" daha əvvəl "iPhone"u yavaşlatdığını etiraf etmişdi. Lakin şirkət bunun akkumulyatorların tez tükənməsinin qarşısını almaq üçün edildiyini iddia edir. ABŞ-də analoji işdə məhkəmə daha əvvəl "Apple"i 500 milyon dollar məbləğində təzminat ödəməyə məcbur etmişdi.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
28
redaktor.az

10Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh