AZ

Bakının mərkəzində müəmmalı obyekt: Saatlar içində yox oldu - FOTO/VİDEO

Bakının tam mərkəzində, Bəşir Səfəroğlu və Rəsul Rza küçələrinin tinində səkinin üzərində qanunsuz dəmir konstruksiya quraşdırılıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanladıq.

Nəsimi Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, Bəşir Səfəroğlu və Rəsul Rza küçələrinin kəsişməsində səkinin üzərində qanunsuz dəmir konstruksiya quraşdırılması faktı aşkarlanıb. Müraciətdən dərhal sonra işlər RİH-in əməkdaşları tərəfindən dayandırılıb və konstruksiyanın sökülməsi təmin olunub.

Video və şəkilləri təqdim edirik:

 

 

Əzizə İsmayılova

Seçilən
125
19
Mənbələr
Şərh ()
Bağla