AZ

"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq

style='margin-bottom:10px;'>

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Qarabağ”la qarşılaşacaq "Neftçi"nin zədəli futbolçularının son durumu müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandada yalnız bərpa prosesi keçən Emil Balayev və cəzalı Eddi İsrafilov bu matçı buraxmalı olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" görüşü bu gün saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk görüşdə Ağdam təmsilçisi 4:0 hesablı qələbə qazanıb.

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla