AZ

Yubileydə böyük tarixi şəxsiyyət xatırlandı

Dövlətlərarası münasibətlər həm də rəsmi səfərlərlə genişlənir. Belə səfərlərdən biri də aprelin 22-də Moskva şəhərində Baykal-Amur magistralının 50 illiyinə həsr olunmuş tədbir oldu. Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəmir yolu sahəsinin veteranları, işçiləri ilə keçirilən maraqlı görüşdə çıxışında Rusiya rəhbərliyinin böyük tarixi şəxsiyyət Heydər Əliyevə ehtiramına görə minnətdarlığını bildirdi, tarixin müxtəlif məqamlarının ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırdığını, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verdiyini, fəaliyyətin 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əsasında davan etdiyini dedi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi: “Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Hər iki ölkə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir”.

Baykal-Amur magistralının 50 illiyinə həsr olunmuş tarixi yığıncaq bəzi məqamlara da aydınlıq gətirdi.

İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilədir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib.

Sovetlər dönəmində bütün irimiqyaslı tikintilərdə Azərbaycanın, bu baxımdan böyük tarixi şəxsiyyət Heydər Əliyevin də böyük fəaliyyəti olurdu. Bu yubileydə tarixin o dönəmi də ehtiramla xatırlandı...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
ikisahil.az

2Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh