AZ

Afrikadan gələn səhra tozu bu ölkəni narıncı rəngə bürüdü - FOTO

Afrikadan gələn səhra tozu Yunanıstanın paytaxtı Afinada səmanı narıncı rəngə bürüyüb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkədə tənəffüs problemi və ürək xəstəliyi olanlara açıq havada idmanla məşğul olmamaq, pəncərələri bağlı saxlamaq və açıq havada maskalardan istifadə etmək barədə xəbərdarlıq edilib. Səhra tozuna görə şəhərin mərkəzində və bölgələrdə görmə qabiliyyəti azalıb. Yunanıstan Meteorologiya İdarəsi bildirib ki, Yunanıstanın şimal və qərbində palçıqlı yağış gözlənilir. Əfsanə Rəcəb

Manşet.az

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla