AZ

“Xalq Bank” “Ziraat Bankası”na verilən 1.7 milyard dollarlıq sindikat kreditləşməsi sövdələşməsində iştirak etdiyini - AÇIQLADI

16 aprel 2024-cü il tarixdə “Xalq Bank” Türkiyə Respublikasının Ziraat Bankının 1.7 milyard dollar məbləğində dayanıqlı inkişafın maliyyələşdirilməsi məqsədli iri sindikat kreditləşməsi layihəsində iştirak edib.

"Xalq Bank" mənfəətini 47% artırıb - HESABAT

FED.az xəbər verir ki, bu barədə banka istinadən məlumat verilir. Qeyd edək ki, bundan öncə Bloomberg də bununla bağlı məlumat yaymışdı.

Həmin vəsaitlər dayanıqlı kənd təsərrüfatını maliyyələşdirmək üçün istifadə ediləcəkdir.

Layihədə 32 ölkədən 72 bank yer almışdır. Xalq Bankın bu layihədə iştirakı banklararası münasibətlərin möhkəmləndirilməsi və Türkiyə Respublikası bankları ilə əməkdaşlığın davamlı inkişafının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Sindikat kreditləşməsi bir borcalana vəsait ayrılması üçün kreditorlar qrupu tərəfindən təklif olunan maliyyələşdirmə alətidir.

Xatırladaq ki, Xalq Bank artıq 3-cü ildir ki, Ziraat Bankın sindikat kreditləşməsi layihələrində uğurla iştirak edir. Öncəki layihələr ətraf mühit, idarəetmə və sosial məsuliyyət prinsiplərinə istinad edən ESG standartlarını əhatə edirdi.

Türkiyə Respublikasının dövlət bankı olan Ziraat Bank 1863-cü ildən fəaliyyət göstərir. Bankın dünya üzrə 17 ölkədə 120 nümayəndəliyi mövcuddur.

2004-cü ildə əsası qoyulmuş Xalq Bank əsas balans göstəricilərinə görə Azərbaycanın özəl bankları sırasında ilk üçlükdə yer alır. (Banker.az)

Seçilən
44
7
Mənbələr
Şərh ()
Bağla