AZ

Ermənistan TŞ-nin katibi Sankt-Peterburqda keçiriləcək təhlükəsizlik forumunda iştirak etməyəcək

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan aprelin 24-25-də Sankt-Peterburqda keçiriləcək Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndələrin XII Beynəlxalq görüşündə iştirak etməyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
 
Daha əvvəl Rusiya Təhlükəsizlik Şurası katibinin birinci müavini Raşid Nurqaliyev bildirmişdi ki, tədbirin əsas mövzularından biri formalaşmaqda olan çoxqütblü dünya kontekstində informasiya təhlükəsizliyi olacaq.
Seçilən
54
3
Mənbələr
Şərh ()
Bağla