AZ

Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı

style='margin-bottom:10px;'>

Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının (15 aprel - 29 aprel) 6-cı günü Azərbaycan boksçuları üçün uğursuz olub.

Dünən 1/4 final mərhələsində rinqdə çıxan 5 qadın boksçusumuzun hamısı məğlub olub. Beləliklə, onlar Avropa çempionatını medalsız başa vurublar. 

QOL.az yarışın saytına istinadən xəbər verir ki, həmin boksçuların iştirakı ilə keçirilən döyüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

48 kq. Anaxanım İsmayılova – Sevda Yuliyanova (Bolqarıstan) - 0:5

50 kq. Marjona Savriyeva – Nina Radovanoviç (Serbiya) 1:4

52 kq. Zeynəb Rəhimova – Venelina Poptoleva (Bolqarıstan) - 0:5

57 kq. Məhsəti Həmzəyeva – Svetlana Kamenova (Bolqarıstan) - 0:5

66 kq. Şəhla Allahverdiyeva – Milena Matoviç (Serbiya) - 0:5

Seçilən
19
1
Mənbələr
Şərh ()
Bağla