AZ

Çəkiliş meydançasında səhvən rejissoru öldürən aktyor bir qadına hücum etdi - VİDEO

2021-ci ildə rol aldığı “Rust” filmində əsl silahdan istifadə edildiyi üçün təsadüfən kinooperator Halina Hatçinsin ölümünə səbəb olan aktyor Alek Baldvin hadisə ilə bağlı üst-üstə suallar verərək həmin anları lentə alan qadına hücum edib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nyu-Yorkda bir kafeyə gedən aktyor telefonla danışarkən ona bir qadın yaxınlaşıb və çəkiliş meydançasında baş verən hadisəni xatırladıb. Qadın “O qadını öldürdün və həbs cəzası almadınmı?” deyib. Kafe işçisi aktyor ilə qadının arasına girərək vəziyyəti sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyib. Video çəkərək suallarını davam etdirən qadın bu dəfə aktyordan "Azad Fələstin" deməsini istəyib və bu halda onu Rahat buraxacağını bildirib. Sualları “Yox” deyərək cavablandıran aktyor daha sonra qadının “İsrailə lənət olsun, sionizmə lənət olsun” deməsinə əsəbiləşib. Qəzəbinə hakim ola bilməyən aktyor qadının əlindəki telefona vurub. Qeyd edək ki, Baldvin keçmişdə İsrail və HƏMAS arasındakı münaqişələrlə bağlı mübahisələrə qarışıb və etirazçıdan “İsraili qınayırsınızmı?” sualına "Artıq qərarını vermisən. Hollivudda olduğum üçünmü? Boş-boş suallar verirsən, mənə məntiqli sual ver" cavabını verib.
Əfsanə Rəcəb

Manşet.az

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla