AZ

Faiq Ağayevə SƏRT QADAĞA – Tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə sənətçinin köməkçisi Jabir Əliyev məlumat verib.

O, bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib.

Jabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə  səsin qorunması üçün konsert bitən müddətə kimi Xalq artisti toy məclislərində yalnız yarımsaatlıq çıxışlarla iştirak edəcək.

Qeyd edək ki, Faiq Ağayev özəl məclislərdə və toylarda yarımsaatlıq çıxış üçün yeni, xüsusi şou hazırlayıb.

Xalq artisti 12 nəfərlik heyyətlə – rəqs qrupları və musiqiçilərlə birlikdə məclisi əsl konsert səhnəsinə çevirir.

Seçilən
15
12
Mənbələr
Şərh ()
Bağla