AZ

Ərdoğanla Almaniya prezidenti arasında mühüm GÖRÜŞ – Vaxtı AÇIQLANDI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşəcək.

Yenicag.az xəbər verir ki, Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin məlumatına görə, dövlət başçıları bu gün Prezident Kompleksində görüşəcək.

Rəsmi görüş zamanı Türkiyə ilə Almaniya arasında ikitərəfli münasibətlərin bütün aspektləri və ikitərəfli əməkdaşlığın inkişafına yönəlmiş addımlar müzakirə olunacaq.

Bundan əlavə, Ərdoğan və Ştaynmayer İsrailin Fələstin torpaqlarına hücumlarını və regiondakı mövcud vəziyyəti, həmçinin Ukrayna ilə Rusiya arasında davam edən münaqişəni, Türkiyə ilə Avropa İttifaqı arasında münasibətləri nəzərdən keçirəcək.

İclasın gündəliyində regional və beynəlxalq məsələlər də yer alacaq.

Seçilən
52
1
Mənbələr
Şərh ()
Bağla