AZ

Bu gün Ərdoğan Almaniya Prezidenti ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniyanın dövlət başçısı Frank-Valter Ştaynmayerlə görüşəcək.
Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin məlumatına görə, dövlət başçıları çərşənbə günü, aprelin 24-də Prezident Kompleksində görüşəcək.
Rəsmi görüş zamanı Türkiyə ilə Almaniya arasında ikitərəfli münasibətlərin bütün aspektləri və ikitərəfli əməkdaşlığın inkişafına yönəlmiş addımlar müzakirə olunacaq.
Bundan əlavə, Ərdoğan və Ştaynmayer İsrailin Fələstin torpaqlarına hücumlarını və regiondakı mövcud vəziyyəti, həmçinin Ukrayna ilə Rusiya arasında davam edən münaqişəni, Türkiyə ilə Aİ arasında münasibətləri nəzərdən keçirəcəklər.
Görüşün gündəliyində regional və beynəlxalq məsələlər də yer alacaq.
P.ƏMİRCANOVXQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
xalqqazeti.az

2Mənbələr

Şərh ()
Bağla