AZ

ABŞ Ukraynaya 300 km-lik hədəfi vura bilən “ATACMS” raketlərini ötürsə...-“CNN”

Amerika Birləşmiş Ştatları ilk dəfə 1 milyard dollar dəyərində yeni yardım paketi ilə "ATACMS" uzaqmənzilli raketlərini Ukraynaya təhvil verəcək.
 
Moderator.az xəbər verir ki, bu haqda “CNN” məlumat yayıb.
 
“CNN” xatırladır ki, ötən ilin payızında, Birləşmiş Ştatlar Ukraynaya ilk dəfə ortamənzilli raket sisteminin 100 mil (160 km) atəş edə bilən variantını göndərib. Həmin raketin daha uzunmənzilli versiyası isə 190 mil (305 km) uzaqdakı hədəflərə çata bilir. 
 
ABŞ prezidenti Co Bayden yardım qanun layihəsini imzaladıqdan dərhal sonra Ağ Evdə elan edilməsi gözlənilən Ukraynaya yeni müdafiə dəstəyi paketi  “PDA” mexanizmi vasitəsilə təmin ediləcək. “CNN” yazır ki, silah Ukraynaya ABŞ ordusunun ehtiyatlarından tədarük ediləcək, bu, mövcud olan ən sürətli marşrutdur.
 
Ağ Evin sözçüsü paketin məzmununu “CNN”-ə şərh etməkdən imtina edib, lakin qanun layihəsi Senatdan keçdikdən və qanunun qüvvəyə minməsindən sonra ABŞ-ın “Ukraynaya təcili döyüş və hava hücumundan müdafiə ehtiyaclarını ödəmək üçün hərbi yardım göndərməyə hazır olduğunu bildirib.
 
S.Laçın
 
Seçilən
45
35
Mənbələr
Şərh ()
Bağla