AZ

Rusiya-Ukrayna müharibəsinin gedişatını dəyişəcək addım: ABŞ-dan gizli göndəriş

Bu yaxınlarda intensivləşən Rusiya-Ukrayna müharibəsində Kiyevə yeni hərbi yardımı təsdiqləyən ABŞ Moskvanı qəzəbləndirəcək uzaqmənzilli raket addımı atıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, aylarla gözlədikdən sonra Ukraynaya təxminən 61 milyard dollarlıq yardımı təsdiqləyən ABŞ-nin Kiyev rəhbərliyinə gizli şəkildə uzaqmənzilli raket sistemi göndərdiyi bildirilib.

ABŞ ötən həftə gizli şəkildə ATACMS kimi tanınan uzaqmənzilli raketləri Ukraynaya göndərib. Qeyd olunub ki, Ukrayna bu raketləri ilk dəfə olaraq ölkənin cənubunda Rusiya qüvvələrinə qarşı və Krımda yerləşən hava bazasını vurmaq üçün istifadə edib.

ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel də xəbəri təsdiqləyib. Patel Ordu Taktik Raket Sistemi kimi tanınan uzaqmənzilli raketlərin prezident Co Baydenin göstərişi ilə gətirildiyini, lakin Ukraynanın tələbi ilə göndərildiklərini açıqlamadıqlarını bildirib.

300 kilometr mənzilli ATACMS raketləri Krım kimi Rusiyanın yerləşdirildiyi bölgələrə çatmaq və Rusiya ordusuna ağır itkilər vermək qabiliyyətinə malikdir.
 
Nəzrin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
Mənbələr
Şərh ()
Bağla