AZ

Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olacaq. SİA-nın məlumatına görə, yarımfinalın cavab matçlarından biri Qəbələdə, digəri Bakıda baş tutacaq.

İlk olaraq "Qəbələ" və "Zirə" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 17:00-da başlayacaq. Bakıdakı ilk görüşdə qəsəbə təmsilçisi qələbə qazanıb - 2:1.

Nəhayət, ikinci finalçının adına Azərbaycan derbisində aydınlıq gələcək. "Qarabağ" - "Neftçi" oyunu saat 20:00-da start götürəcək. İlk dueldə Ağdam klubu rəqibini 4 cavabsız qolla üstələyib.

Seçilən
35
8
Mənbələr
Şərh ()
Bağla