Ağdaş rayonunda dəhşətli hadisə baş verib.
Herbiand.az Publika.az-a istinadla bildirir ki, Ağdaş şəhərində yerləşən “Səma” şadlıq sarayının işçisi, 1971-ci il təvəllüdlü Fərrux Qurbanov özünü yandırıb.
Məlum olub ki, F.Qurbanov həmin şadlıq evində parkinq işçisi kimi çalışıb. O, iş yerində həyatına son qoyub.
Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.