- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Ermənistanın paytaxtı İrəvanda Respublika meydanında 1915-ci ildə baş verdiyi iddia edilən qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsinə yürüş keçirilib.
Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, qondarma soyqırım yürüşündə növbəti təxribata əl atılıb.
Belə ki, tədbirin gedişatı zamanı Türkiyə və Azərbaycan bayraqları yandırılıb.
Qeyd edək ki, Ermənistanın dövlət və hökumət rəsmiləri yürüşə qatılmayıblar. Tədbirdə ölkənin 3-cü prezidenti Serj Sarkisyan da iştirak edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.