Goranboyda qadını avtomobil vurub.
KONKRET.az xəbər verir ki, hadisə rayonun “Təzə Avtovağzal” adlanan ərazisinin yaxınlığında baş verib.
Yolu keçmək istəyən Ağcakənd qəsəbə sakini – 1980-ci il təvəllüdlü Nəzakət Ələkbərovanı avtomobil vurub.
Qadın xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.