AZ

"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edildi (FOTO/VİDEO)

Bakı. Trend:

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılışməntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlətsərhədlərinin tam bərpası tarixi hadisəsinin birinci ildönümümünasibəti ilə Dövlət Sərhəd Xidməti aparatında, strukturqurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.

DSX-dən Trend-ə bildirilib ki, Dövlət Himninin ifa edilməsi iləbaşlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin vəşəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçirilən tədbirlərdə sərhədçilər tərəfindən Laçın-Xankəndiyolunun başlanğıcında dövlət sərhədindən buraxılış məntəqəsininqurulması, fəxarət rəmzimiz olan dövlət bayrağının qaldırılmasıbarədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı QüvvələrinMüzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə edilməsiböyük qürur hissi ilə vurğulanıb.

Dövlət başçısı “Laçın-Xankəndi yolunun başlanğıcında dövlətsərhədindən buraxılış məntəqəsinin qurulması ölkəmizin suverenhüququnun və ərazi bütövlüyünün təmin olunmasının ifadəsidir”deməklə bu tarixi hadisəyə yüksək qiymət verməsi tədbiriştirakçılarının nəzərinə çatdırılıb.

"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyətəbaşlaması nəticəsində Xocalıda və işğal altında olan digərərazilərdə cinayət törətmiş bəzi terrorçuların saxlanılaraqistintaqa təhvil verilməsi təmin edilib.

Sonda "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsininqurulmasının ildönümünə həsr edilmiş film nümayiş etdirilib.

Seçilən
50
24
Mənbələr
Şərh ()
Bağla