AZ

"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır

style='margin-bottom:10px;'>

"İnter"in yeni mövsüm üçün iki transferi bəlli olub.

QOL.az xəbər verir ki, bu barədə klubun direktoru Pyer Auisilio İtaliya mətbuatına açıqlamasında danışıb.

O, "Portu"dan iranlı hücumçu Mehdi Taremini və "Napoli"dən polşalı yarımmüdafiəçi Piotr Zielinskini heyətə cəlb edəcəklərini bildirib. Hər iki oyunçu Milan təmsilçisinə azad agent kimi keçəcək. Futbolçularla bu transfer artıq fevral ayından razılaşdırılıb.

Qeyd edək ki, Polşa millisinin üzvü olan Zielinski 2016-cı ildən "Napoli"də çıxış edir. İran yığmasının hücumçusu Mehdi Taremi isə 2020-ci ildən "Portu"da oynayır.

Seçilən
107
1
Mənbələr
Şərh ()
Bağla