AZ

23 aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə tədbir keçirilib - FOTOLAR

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil Müşavirliyi tərəfindən 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdən öncə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan və digər rəsmilər uşaqların əl işlərindən ibarət sərm sərgisini izləyiblər. Daha sonra tədbir hər iki ölkənin himninin səsləndirilməsi və şəhidlərin ruhunun yad edilməsi ilə başlayıb.

Açılış nitqini edən Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan bütün dünya uşaqlarını bayram münasibətilə təbrik edib: “Bu gün qardaş ölkə Azərbaycanda 23 aprel - Milli Suverenlik və Uşaq Bayramının keçirilməsi sevindirici və qürurverici haldır. Bu günün uşaqlara hədiyyə edilməsinin xüsusi mənası var. Uşaqlar bizim gələcəyimizdir, onları qorumaq və vətənpərvər övlad kimi yetişdirmək hər birimizin ən mühüm vəzifəsidir. Bir daha bütün dünya uşaqlarını təbrik edirəm”.

Daha sonra uşaqların iştirakı ilə müxtəlif rəqslər və musiqi səhnələri nümayiş edilib.

Çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı azad bir ölkə ola bilməyin təməlinin uşaqlar olduğunu, dövlətin onlarla yüksələcəyini bildirib: “Cənnət məkan Vətənimiz uşaqlarımıza əmanətdir. Gələcəyimizim işığı olan uşaqların bayraqları qaldıraraq, bu günü qeyd etmələri isə iki ölkə qardaşlığının əmin əllərdə olduğunun göstərisidir. Qarabağ zəfəri ilə azərbaycanlı qardaşlarımız 30 illik işğala son vermiş və suverenliyini təmin etmişdir. Bölgəmizdə bütün dünyada uşaqların sülh içində yaşaması, böyüməsi üçün mühüm addımların atılması ən mühüm arzumuzdur”.

Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Müəllif: Səbinə Hüseynli
Seçilən
104
10
Mənbələr
Şərh ()
Bağla