AZ

Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir

Bu gün Türkiyədə 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur. Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu öndəri Mustafa Kamal Atatürk tərəfindən uşaqlara həsr edilib. Yəni, bu gün eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümü qeyd edilir.

Bizim.Media xəbər verir ki, Türkiyə Respublikasının ilk milli bayramı olan bu mötəbər gün hər il qardaş ölkə ilə yanaşı, Şimali Kipr Türk Cümhuriyyətində, eləcə də Türkiyənin xarici nümayəndəliklərində rəsmi mərasimlərlə böyük coşğu ilə qarşılanır.

Hər il 23 aprel tarixində Türkiyədə uşaqlar bir günlük dövlətin rəsmi orqanlarının başına keçir, prezident, nazir və digər dövlət qurumlarının rəhbərləri qismində çıxış edirlər. Bu ənənə 1933-cü ildə Qazi Mustafa Kamal Atatürk tərəfindən başladılıb və günümüzədək davam etdirilir.

Türkiyədə 1921-ci ildən etibarən “23 Aprel Milli Bayramı” adı ilə qeyd olunmağa başlanan bu tarix 1927-ci ildən etibarən uşaqlara həsr edilib. Bayramın uşaqlara həsr edilməsinin əsas məqsədi isə azyaşlıların şən gün keçirmələri ilə yanaşı, dövrün “Himaye-i Etfal Cəmiyyəti”, yəni kimsəsiz uşaqlara gəlir gətirmək olub. Türkiyədə bu günün rəsmi adı 1935-ci ildə "Hâkimiyet-i Milliye Bayramı", 1981-ci ildə isə “Milli Suverenlik və Uşaq Bayramı” olaraq təsis edilib.

UNESCO tərəfindən 1979-cu ilin “Uşaq ili” elan edilməsindən sonra Türkiyənin Dövlət Radio və Televiziya Qurumunun “TRT Beynəlxalq 23 Aprel Uşaq Şənliyi”ni başlaması ilə bu bayram beynəlxalq səviyyəyə yüksəldilib.

Hər il olduğu kimi, bu il də 23 Aprel münasibətilə rəsmi mərasimlərlə yanaşı, Türkiyənin hər guşəsində uşaqlar üçün bayram şənlikləri, yarışlar, teatr tamaşaları, konsertlər və bir çox digər əyləncəli proqramlar keçiriləcək.


Bizim.Media 

Seçilən
86
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21310
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19357
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18286
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17692
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16930
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16762
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16112
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15546
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12039
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11281
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9353
"Zaur, yenə çaşdın..." - VİDEO
8875
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8426
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8015
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7549
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7190
Minimum əmək haqqı nə qədər arta bilər?
7103
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6387
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5777