AZ

Rinq qızını təpikləyən iranlı döyüşçüyə ömürlük qadağa - VİDEO

Rusiyada keçirilən Hardcore Fighting Championship (HFC) yarışında iranlı döyüşçü Əli Heybati rinq qızını təpiklədiyinə görə ömürlük idmandan uzaqlaşdırılıb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə Moskvada Hardcore MMA 90 tədbirində, Heybati ilə Arkadiy Osipyan görüşü ərəfəsində baş verib. Beləki, matçın başlamasına az qalmış Heybati rinq qızını təpiklə vurub və hakim tərəfindən xəbərdarlıq alıb. Daha sonra Heybati matçı uduzaraq rəqibinə hücum çəkib və həmin anlar sosial mediada böyük reaksiyalara səbəb olub. Heybatinin davranışından sonra HFC onu ömürlük qadağan etmək qərarına gəlib. Heybati baş verənlərə görə sosial şəbəkədə rinq qızı Mariyadan üzr istəyib. O, üzrxahlığında MMA döyüşündən əvvəl yaşanan gərginliyə görə səhv hərəkət etdiyini və qadınlara hörmət etdiyini bildirib. Heybatinin davranışını qəbuledilməz hesab edən HFC açıqlamasında kiməsə toxunmağın, işçiləri döyməyin, xüsusilə, qadınlara qarşı zorakılığın tamamilə yanlış olduğunu qeyd edib. Əfsanə Rəcəb Manşet.az

 

Seçilən
50
2
Mənbələr
Şərh ()
Bağla