"İstiqlal" klubunun və futbol üzrə İran milli komandasının qapıçısı Hüseyn Hüseyni ölkə çempionatının 23-cü turunun "Aluminium Arak" klubu ilə oyununda qadın azarkeşi qucaqladığı üçün 1 oyunluq diskvalifikasiya edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
https://rmcsport.bfmtv.com/football/iran-un-footballeur-suspendu-apres-avoir-enlace-une-supportrice_AD-202404230290.html
31 yaşlı qolkiper matç zamanı meydançaya qaçan azarkeşi qucaqlayıb. O, meydana çıxan qadın azarkeşi təhlükəsizlik işçiləri tərəfindən saxlanılmadan əvvəl qucaqlayıb.
İndi Hüseyni diskvalifikasiyadan əlavə 300 milyon tümən (4,4 min avro) cərimə ödəməlidir.
Qeyd edək ki, 2022-ci ildən etibarən qadınların yenidən futbol stadionlarına girməsinə icazə verilib. İslam Respublikası kişinin ailə dairəsi xaricində qadına toxunmasını qadağan edir.
31 yaşı olan Hüseyn Hüseyni demək olar ki, bütün karyerasını İranın ən məşhur klublarından biri olan "İstiqlal"da keçirib. O, İran millisinin üzvüdür (12 oyun) və 2022-ci ildə Qətərdə keçirilən son dünya çempionatının iştirakçısı olub.
Aydın
🇮🇷 | ¡INSÓLITO! El portero iraní Hossein Hosseini fue suspendido por la Federación de Fútbol de su país, después de que le diera un abrazo a una mujer en un partido de liga: también deberá pagar una multa equivalente a 4.700 dólares.
— Alerta Mundial (@AlertaMundoNews) April 23, 2024
La República Islámica prohíbe que los hombres… pic.twitter.com/W85M0wEPGY