AZ

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

Bakı, 23 aprel, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə Beynəlxalq Yer Gününə həsr olunmuş maarifləndirici seminar və təmizlik aksiyası keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verib.

Tədbir çərçivəsində BDU-nun müəllimləri tərəfindən Bakı şəhər 119 və 256 nömrəli tam orta məktəblərdə şagirdlərə iqlim dəyişikliyi, onun ekosistemə, ətraf mühitə və insan sağlamlığına təsiri barədə ətraflı məlumat verilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Cabarov çıxışlarında ölkəmizdə ekologiyanın qorunması istiqamətində həyata keçirilən dövlət siyasəti barədə danışıblar.

Universitetin müəllimləri Qismət Xanbabayev “Yaşıl enerji ehtiyatlarının coğrafi paylanması və əhəmiyyəti”, Məhluqə Yusifova “İqlim dəyişikliyi problemi və onun Azərbaycana təsiri”, Qiyas Bayramov “Su ehtiyatlarının çirklənməsinin səbəbləri”, Günel Sarıyeva “Qlobal ekoloji problemlər və onların yaratdığı fəsadlar” mövzularında məruzələr edib, şagirdlərin suallarını cavablandırıblar.

Sonra tədbir hər iki qurumun könüllülərinin iştirakı ilə Türkan qəsəbəsində dənizkənarı ərazidə təmizlik aksiyası ilə davam etdirilib. Tədbir könüllülərin üzərində “Earth day” (“Yer Günü”) yazılmış plakat açaraq keçirdikləri fləşmobla başa çatıb.

Aksiyanın məqsədi ictimaiyyətin diqqətini günün əhəmiyyətinə yönəltmək, insanları, xüsusilə yeniyetmələri ekoloji maarifləndirmək, onları ətraf mühitin mühafizəsinə və təbiətə qayğı ilə yanaşmağa təşviq etməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23258
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12717
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9027
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5570
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5450
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3980
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3618
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3541
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3347
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3223
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2975
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2704
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2565
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2479
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2144