AZ

Ərdoğan bununla bağlı Paşinyana çağırış etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan hakimiyyətini Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlamaq üçün mövcud reallıqlara diqqət yetirməyə çağırıb.

"Unikal" xəbər verir ki, onun sözlərini "Anadolu" agentliyi sitat gətirib. 

"Hazırda regionda yeni nizam qurulur. Əsassız xatirələri atmağın vaxtıdır, indiki zamanın reallıqlarına əsaslanaraq hərəkət etmək daha yaxşıdır. Ermənistanın baş naziri Nikol Paşinyan da bunu başa düşür. İndi real əsasda yeni yol xəritələri yaratmağın vaxtıdır. Ümid edirəm ki, Ermənistan diasporun onu sürüklədiyi qaranlıqdan xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar yolunu seçəcək”, - deyə prezident İraqdan qayıdarkən onu müşayiət edən jurnalistlərə bildirib.

Gülayə Mecid 

 

Seçilən
70
50
Mənbələr
Şərh ()
Bağla