AZ

Meral Akşener bu sözlərə İYİ partiyanı tərk etdi

Bu gün İYİ Partiyasının 5-ci növbədənkənar qurultayı keçirilib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  4 adın sədrlik uğrunda mübarizə aparacağı konqresdə kürsüyə çıxan Meral Akşener duyğulu çıxış edib.

Akşener çıxışının sonunda ABŞ-nin sui-qəsd nəticəsində öldürülən eks-prezidenti Con Kennedinin “Zəfərin minlərlə atası var, məğlubiyyət isə yetimdir” sözləri ilə vidalaşıb.

Bir daha namizəd olmayacağını açıqlayan Akşenerin bu çıxışı diqqət çəkib. 

Xatırladaq ki, 31 Mart Yerli İdarəetmə Ümumi Seçkilərindən sonra növbədənkənar qurultay keçirməyə qərar verən İYİ Partiyasının yeni lideri məlum olub. 5-ci növbədənkənar qurultayda sədrlik üçün Koray Aydın, Müsavat Dərvişoğlu, Tolqa Akalın və Günay Kodaz mübarizə aparır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
50
Mənbələr
Şərh ()
Bağla