AZ

Azərbaycanın 5 boksçusu Avropa çempionatında 1/4 final döyüşünə çıxır

style='margin-bottom:10px;'>

Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında (15 aprel - 29 aprel) bu gün Azərbaycanın 5 qadın boksçusu rinqə çıxacaq.

QOL.az xəbər verir ki, onların hər biri 1/4 final qarşılaşmaları keçirəcəklər. 

48 kq. Anaxanım İsmayılova – Sevda Yuliyanova (Bolqarıstan)

50 kq. Marjona Savriyeva – Nina Radovanoviç (Serbiya)

52 kq. Zeynəb Rəhimova – Venelina Poptoleva (Bolqarıstan)

57 kq. Məhsəti Həmzəyeva – Svetlana Kamenova (Bolqarıstan)

66 kq. Şəhla Allahverdiyeva – Milena Matoviç (Serbiya)

Qeyd edək ki, 1/4 finalın qalibi ən azı Avropa çempionatının bürünc medalını təmin edəcək. 

Xatırladaq ki, daha öncə Azərbaycan boks millisinin üzvlərindən kişi boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksələ bilib.

Seçilən
29
1
Mənbələr
Şərh ()
Bağla