AZ

Moldova rusiyayönlü “Pobeda” blokunda dövlətə xəyanət əlamətləri görür

Moldova Baş Prokurorluğu Moskvada qaçaq oliqarx İlan Şor və Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul tərəfindən elan edilmiş rusiyayönlü “Pobeda” blokunun yaradılmasında dövlətə xəyanət əlamətləri görür.

 

Modern.az xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.

 

O da məlum olub ki, Moldova hüquq-mühafizə orqanları rusiyayönlü fəallar üzərində axtarışlar aparır.

 

Moldova Polisinin Baş Müfəttişliyinin rəhbəri Viorel Kernauseanu bildirib ki, Şorla əlaqəli birləşmələrin nümayəndələrinin ölkədə sabitliyi pozmağa hazırlaşdıqları barədə məlumatlar var, lakin hüquq-mühafizə orqanları buna hazırdır.

Seçilən
33
5
Mənbələr
Şərh ()
Bağla